ELM VƏ TƏHSİL


Tarix Muzeyi əməkdaşının məqaləsi impakt faktorlu beynəlxalq topluda dərc olunub

Bakı, 10 iyun, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin doktorantı Sənurə Dostiyevanın “Lerik rayonunun Bibiyani kəndində aşkarlanmış gümüş talerlər dəfinəsi” adlı məqaləsi “Theoretical & Applied Science” (USA, Philadelphia, 2021, p. 366-373) toplusunda nəşr edilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, məqalədə 2009-cu ildə Lerik rayonunun Bibiyani kəndində aşkarlanmış, hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan XVI – XVII əsrlərə dair Avropa (Almaniya, Niderland, Zalsburq, Avstriya, Saksoniya və s.) şəhərlərində zərb edilmiş gümüş sikkələr (talerlər) haqqında məlumat verilərək numizmatik təhlili aparılıb.

Məqalə müəllifinə sertifikat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.