Tarix Muzeyində Azərbaycan Hərbi Dəniz Qüvvələrinə aid nümunəvi geyimlər qorunur
AzerTAg.az
Bakı, 5 avqust, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Hərbi Dəniz Qüvvələrinə aid nümunəvi geyimlər (hərbi mərasim geyimi- qara rəngli kitel, qara şalvar, qara qalstuk, qara rəngli tufli, ağ köynək və ağ furajka) qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Azərbaycan Hərbi Donanması 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. Həmin ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil veriblər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması yaradıldı. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

Xəbərin mətnində orfoqrafik səhv var