ELM VƏ TƏHSİL


Tarix Muzeyində Azərbaycan xanlıqları dövrünə dair gümüş sikkələr qorunur

Bakı, 24 oktyabr, AZƏRTAC 

Milli Azərbaycan Tarixi Muzeyində xanlıqlar dövrümüzə aid gümüş sikkələr saxlanılır.

Muzeydən AZƏRTAC-a bildirilib ki, 1939-cu ilin iyun ayında Tərtər rayonunda təsərrüfat işləri aparılarkən 10 santimetr dərinlikdə gümüş sikkələr dəfinəsi aşkar edilib. Həmin dəfinədən 14 sikkə Bakı şəhərinə gətirilərək muzeyə təhvil verilib. Numizmat alim, professor Yevgeni Paxomovun təyinatı nəticəsində dəfinədəki gümüş sikkələrin (abbasıların) Azərbaycan xanlıqları (Gəncə, Şamaxı) dövrünə aid olduğu müəyyən edilib. Üzərində hicri tarixə müvafiq zərb ili (rəqəmlərlə), zərb yeri və müəyyən dini ifadələr (“Ya sahib əz-zəman” və b.) olan, hazırda muzeydə qorunan bu dəfinədə erkən sikkə 1770-1771-ci ilə, son sikkə isə 1787/1788-ci ilə aiddir.

Muzeydə qorunan bu sikkələr xanlıqlar dövrü tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.