ELM VƏ TƏHSİL


Tarix Muzeyində Bilik gününə həsr olunmuş onlayn tədbir

Bakı, 15 sentyabr, AZƏRTAC 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 15 sentyabr – Bilik gününə həsr olunan onlayn tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, yığıncaqda muzeyin əməkdaşları, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri, ümumtəhsil məktəbləri, gimnaziya və liseylərin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi ölkə başçısının 2004-cü il 21 avqust tarixli Fərmanı ilə Azərbaycanda 15 sentyabrın Bilik günü elan olunduğunu bildirib. O, dövlətimiz tərəfindən elmə və təhsilə daima yüksək diqqət və qayğı göstərildiyini xüsusi qeyd edib.

Muzeyin 100 illiyi haqqında məlumat verən F.Şəmsi keçən ildən başlayaraq keçirilən yubiley tədbirlərinin hazırda onlayn formatda təşkil olunduğunu vurğulayıb. Həmçinin Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyi və muzeydə fəaliyyət göstərən “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi haqqında məlumat verib.

Sonra Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşları “Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyi” və “Azərbaycan II Dünya müharibəsi illərində” adlı virtual ekskursiyanı təqdim ediblər.

Virtual ekskursiyalar şagirdlər və müəllimlər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.