ELM VƏ TƏHSİL


Tarix Muzeyində Ermənistanın Bərdəyə raket hücumunun nəticələrinə dair fotokompozisiya nümayiş olunur

Bakı, 28 oktyabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fotosərgisində Ermənistanın Bərdəyə raket hücumunun nəticələrinə dair fotokompozisiya nümayiş olunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Vətən müharibəsi zamanı Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci il 27-28 oktyabr tarixlərində düşmənin silahlı birləşmələri Bərdə şəhərində yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə mülki şəxslər yaralanıb və həlak olub.

Muzeydə nümayiş olunan fotokompozisiya Ermənistanın dövlət terrorizmini bir daha sübut edir.

Qeyd edək ki, fotokompozisiya Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin çərçivəsində hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.