ELM VƏ TƏHSİL


Tarix Muzeyində Mirzə Fətəli Axundzadə tərəfindən təklif edilmiş əlifba layihəsinin fotosurəti qorunur

Bakı, 1 avqust, AZƏRTAC

Milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim Mirzə Fətəli Axundzadə tərəfindən təklif edilmiş əlifba layihəsinin fotosurəti Milli Azərbaycan Tarixi Muzeyində qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda dünyada müxtəlif əlifbalardan istifadə olunur. Əlifba sözü ərəb dilindən alınmadır və ərəb əlifbasındakı ilk hərflərin (əlif, bey) adını bildirir.

M.F.Axundzadə ərəb əlifbasında əsaslı islahat aparmağı elmi-pedaqoji cəhətdən əsaslandıran və onu təcrübi olaraq həyata keçirməyə cəhd edən ilk mütəfəkkirdir. O, geniş xalq kütlələrinin savadlanması işində ömrünün son 20 ilini əlifbanı dəyişdirmək uğrunda mübarizəyə həsr edib. M.F.Axundzadə hesab edirdi ki, ərəb əlifbası ərəb olmayan xalqlar, o cümlədən türkdilli xalqlar üçün əlverişli deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.