MƏDƏNİYYƏT


Tarix Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi açılacaq

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 17-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçiriləcək.

Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov AZƏRTAC-a bildirib ki, ekspozisiyanın hazırlanmasında muzeyin kitabxanasında, Arxeologiya, Etnoqrafiya, Köməkçi tarixi fənn materialları, Numizmatika, Xüsusi, Silahlar və bayraqlar fondlarında qorunan 250 eksponatdan istifadə edilib.

XII – XIII əsrin əvvəllərinə aid olan eksponatlar əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərindən aşkar edilərək gətirilib. Bəzi eksponatlar ziyarətçilərə ilk dəfə təqdim ediləcək. Eksponatlar sırasında 1909-cu ildə Gəncədə Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.

Qeyd edək ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Həmçinin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Azərbaycan Atabəyləri dövlətinin yaranmasının bu il 885 yaşı tamam olur. Sərginin məqsədi dahi Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.