ELM VƏ TƏHSİL


Tarix Muzeyində Qubada tapılmış mis sikkə dəfinəsi qorunur

Bakı, 22 iyun, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Quba rayonunun Çiləgir kəndində tapılmış mis sikkə dəfinəsi qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Dəfinədə atabəylər - Məhəmməd Cahan Pəhləvan (1175-1186), Əbubəkr (1191–1210), Özbək (1210-1225) və Azərbaycan atabəylərinin vassalları, Dərbənd əmirləri - Müzəffər (1136-1160), Bekbars (1160-1180), Əbdəl-Məlik (1180-1225), Əhar məliki - Bişkin ibn Muhəmməd (1175 - 1210) və şirvanşah I Gərşasb ibn Muhəmməd (1205-1225) adından zərb edilən dairəvi və digər formalarda sikkələr (dirhəm və felslər) müxtəlif çəkilidir.

Müvafiq dövrün hökmdarları, onların titulları, yerli zərbxanalar, ümumilikdə yerli pul təsərrüfatı və siyasi-iqtisadi əlaqələri açıqlayan, XII–XIII əsrlərdə Azərbaycan zərbxanalarında (Şamaxı, Beyləqan, Şəmkir və s.) istehsal edilmiş sikkələr haqqında ətraflı məlumat muzeyin nəşrlərində yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.