Tarix Muzeyində Vətən müharibəsi şəhidi İntiqam Əsgərliyə məxsus əşyalar qorunur
AzerTAg.az

Bakı, 1 oktyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərliyə məxsus əşyalar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
İntiqam Əsgərli 1990-cı ildə Masallı rayonunda anadan olub. O, 2011-ci ildə Quru Qoşunlarının Gizirlik kursunu bitirərək, 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmətə başlayıb.
2016-cı il aprelin 4-də Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli şəhid olub və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxarıb.
İntiqam Əsgərli Vətən müharibəsində, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük fədakarlıq, igidlik nümunəsi göstərib və şəhidlik zirvəsinə ucalıb.
Xəbərin mətnində orfoqrafik səhv var