ELM VƏ TƏHSİL


Tarix Muzeyində “Vikipediyada tarixi məqalələrin yaradılması” adlı təlim keçirilib

Bakı, 11 noyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən Arxeo klubun təşkilatçılığı ilə “Vikipediyada tarixi məqalələrin yaradılması” adlı təlim keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Təlimdə Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov Azərbaycan Universitetinin muzeyşünaslıq, arxivşünaslıq və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan III kurs tələbələrinə mövzu ilə bağlı ətraflı məlumat verib.

Ş.Mövsümov dinləyicilərə qloballaşan dünyada elektron məlumat daşıyıcılarının geniş yayılmasını vurğulayaraq, bu müstəvidə vikipediyanın əhəmiyyətindən danışıb. O, vikipediyanın əsas qaydalarını izah edib və praktik olaraq məqalə yaratma metodları ilə slaydlar vasitəsilə təlim iştirakçılarını tanış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.