ELM VƏ TƏHSİL


Tarix Muzeyində XX əsrin əvvəlinə aid edilən Təbriz xalçası qorunur

Bakı, 11 avqust, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bədii xalçalarımız toplanıb qorunur. Onlardan biri XX əsrin əvvəlinə aid edilən Təbriz xalçasıdır. Əl işi olan bu xalçanın ərişi pambıq, arğacı və xovu yundur. Xalçanın ara sahəsində türk əsgər və zabitlərinin, təsvirlər arasında əlində boncuq tutmuş, taxtda oturmuş çinli zabitlərin stilizə olunmuş təsvirləri həkk edilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Xovlu və xovsuz, süjetli və naxışlı, türkbaf və ya farsbaf ilmə toxunuşu ilə bir-birindən seçilən xalçalarımız Azərbaycanın hər bölgəsində toxunaraq xalça məktəblərinin yaranmasına səbəb olub. Əsrlərdən bəri xalçalarda həkk olunan naxışlar tam oxunmamış məktub kimi hələ də xalçaçı və sənətşünasların tədqiqatlarında araşdırılır. Süjetli xalçalar məzmunu və gözəlliyi ilə hər kəsin diqqət mərkəzində olub. Üzərindəki təsvirləri ilə hər hansı bir tarixi mənzərəni və ya portreti özündə canlandıran xalçalarımız hər bir dövrdə ona baxan izləyicisini düşündürüb, dəyərli sənət nümunəsi kimi qorunaraq nəsildən-nəslə ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.