ELM VƏ TƏHSİL


Tarix Muzeyində qorunan əmmamənin üçüncü hissəsinin rekonstruksiya işləri yekunlaşıb

Bakı, 2 iyul, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVIII əsrin sonlarına aid olan xəlvətiyə təriqətinə mənsub sufi əmmaməsinin üçüncü hissəsinin rekonstruksiya işləri yekunlaşıb.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Əmmamənin üçüncü hissəsi demontaj edilib, parçalar xüsusi zərər verməyən kimyəvi məhlulla təmizlənib və dəstək parçasının üzərinə gözləmə üsulu (bərpa tikişi) ilə tikilərək konservasiya edilib. İçərisindəki pambıqdan ibarət olan dolğu təmizlənib, dezinfeksiya olunub və əvvəlki qaydada sırınaraq, orijinal görünüşü bərpa edilib.

Eksponatın rekonstruksiya işlərinin dördüncü mərhələsinə start verilib.

Əmmamənin rekonstruksiya və bərpa işləri muzeyin Bərpa laboratoriyasının tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.