ELM VƏ TƏHSİL


Tarix Muzeyində şəhid Rövşən Camalova aid sənədlər qorunur

Bakı, 2 dekabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda şəhid Rövşən Camalova aid materiallar qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Rövşən Camalov 1973-cü ildə Ağdam rayonunda anadan olub. Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbində təhsil alıb. O, təhsilini yarımçıq qoyaraq, doğma Vətənin müdafiəsi üçün yağı düşmənə qarşı döyüşlərdə iştirak edib. O, 1993-cü il dekabrın 31-də Ağdamın Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Rövşən Camalov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib (ölümündən sonra).

Qeyd edək ki, muzeyin şöbə müdiri, dosent Gülzadə Abdulova şəhid Rövşən Camalov haqqında hazırlanacaq kitab üçün onun döyüş yoldaşları ilə görüşüb, şəhidin döyüş yolu barədə məlumatlar əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.