ELM VƏ TƏHSİL


Tarix Muzeyində şəhid Tural Məmmədova məxsus materiallar qorunur

Bakı, 1 oktyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Tural Məmmədova məxsus materiallar (kitel, saçqırxan maşın və bir ədəd fotoşəkil) qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Tural Məmmədov 1990-cı ildə Qazax rayonunda anadan olub. O, 1997-2008-ci illərdə Qazax şəhəri S.Vurğun adına 2 nömrəli məktəbdə təhsil alıb. 2008-2010-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olub.

T.Məmmədov Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə mərdlik və igidlik nümunəsi göstərib. Murovdağ istiqamətində döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Məmmədov “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.