ELM VƏ TƏHSİL
Tarix Muzeyində tələbələr üçün “açıq dərs”
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Tarixin tədrisində sinifdənxaric iş” mövzusunda “açıq dərs” təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “açıq dərs”də Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri iştirak ediblər.
BDU-nun tarix fakültəsinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosentləri Mətanət Məmmədova və Sevinc Qasımovanın “Milli Azərbaycan Tarixi Muzeyində mühafizə edilən arxeoloji materiallar”, “Tarixin tədrisində tarixi şəxsiyyət problemi”, “Azərbaycanda tarix-diyarşünaslıq muzeyləri” və “Tarixin tədrisi metodikasında bədii ədəbiyyatdan istifadə” mövzularında təqdimatları dinlənilib.
Mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı cəmiyyətdə elmin mühüm rolunu qeyd edib, müzakirə olunan mövzuların əhəmiyyətini vurğulayıb, tələbələrə tövsiyələrini verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]