ELM VƏ TƏHSİL


Tarix Muzeyində tibb xidməti leytenantı, şəhid Turqut Xəlilbəyliyə məxsus materiallar qorunur

Bakı, 4 iyul, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda tibb xidməti leytenantı, şəhid Turqut Xəlilbəyliyə məxsus materiallar - hərbi səhra forması - (kitel, hərbi mərasim şalvarı, ağ rəngdə hərbi mərasim köynəyi, qalstuk, zeytun rəngli qış papağı, ağ rəngli mərasim əlcəyi, furajka, şinel, hərbi çəkmə və iki ədəd fotoşəkli (səhra geyimində və həkim xalatında) qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

T.Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. O, Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Oktyabrın 7-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, II Şəhidlər xiyabanında dəfn edilib.

Şəhid Turqut Xəlilbəyli “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, bu gün T.Xəlilbəylinin doğum günüdür.

2021-ci ilin may–oktyabr aylarında muzeydə keçirilmiş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə T.Xəlilbəyliyə məxsus materialların bir hissəsi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.