Tarix Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət sərgi açılacaq
AzerTAg.az
Bakı, 22 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində iyunun 28-də “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgi açılacaq.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Sərgidə Azərbaycan silahları sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcək.
Muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə yanaşı, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Eyni zamanda, bu silahlar yalnız sənətkarlıq əsərləri deyil, yüksək zövqlə hazırlanmış incəsənət nümunələridir.
Sərgiyə giriş pullu olacaq: böyüklər üçün 2 AZN, uşaqlar üçün 1 AZN. Sərgidə peşəkar foto və videoçəkiliş ödənişli olacaq.



Xəbərin mətnində orfoqrafik səhv var