ELM VƏ TƏHSİL


Tarix Muzeyinin alimlərinin məqalələri Özbəkistanda nəşr olunan topluda yer alıb

Bakı, 29 noyabr, AZƏRTAC

Daşkənddə Özbəkistanın tanınmış şərqşünas alimi, Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü Dilorom Yusupovanın yubileyinə həsr olunmuş “Mərkəzi Asiya tarixinin məsələləri müasir medievistik interpretasiyada” adlı məqalələr toplusu nəşr olunub.

Nəşrdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkiyə alimlərinin mənbəşünaslıq, tarixşünaslıq, tarix, arxeologiya istiqamətləri üzrə elmi məqalələri dərc olunub.

Bu barədə AZƏRTAC-a AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Bildirilib ki, topluda muzeyin baş direktoru akademik Nailə Vəlixanlının “Zəngəzur tarixinin tarixşünaslığından bəzi məsələlər” və muzeyin icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun “Rusiya imperiyasının Qarabağ xanlığı və Buxara əmirliyi ilə müqavilələri: ilkin şərtlər, maddələr və nəticələrin müqayisəli təhlili” məqalələri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.