ELM VƏ TƏHSİL


Tarix Muzeyinin əməkdaşı beynəlxalq konfransda məruzə edib

Bakı, 3 may, AZƏRTAC

Türkiyənin Samsun şəhərində “II Beynəlxalq 1 May sosial siyasətlər və elmi araşdırmalar konfransı” keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin Elmi kütləvi iş və təhsil şöbəsinin böyük laborantı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Elmira Əliyeva konfransda iştirak edib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, E.Əliyeva “Bakının azad edilməsi uğrunda diplomatik və hərbi mübarizə (1918-ci il)” adlı məruzə ilə çıxış edib. Məruzədə XX əsrin əvvəllərində Azərbaycanın müstəqillik qazanması, Cümhuriyyətin Bakı şəhərini azad etmək uğrunda apardığı diplomatik və hərbi mübarizə, Türkiyənin Azərbaycan Cümhuriyyətinə göstərdiyi hərbi və siyasi dəstək barədə məlumat verilib, Bakı şəhərinin azad edilməsində başda Nuru paşa olmaqla Osmanlı ordusunun böyük fədakarlıq göstərdiyi diqqətə çatdırılıb.

Konfrans iştirakçılarına sertifikatların verilməsi və onların məruzələrinin nəşri nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.