ELM VƏ TƏHSİL


Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib

Bakı, 9 sentyabr, AZƏRTAC

Türkiyənin Samsun şəhərində Ondoqquz May Universiteti tərəfindən “Sənətkarların görüşü” adlı onlayn formatda beynəlxalq simpozium və sərgi keçirilir.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, simpoziumda bu müəssisənin əməkdaşı Sahibə Ələkbərova “Qarabağda ermənilər tərəfindən dağıdılmış muzeylərimiz: dünən və bu gün” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi erməni vandalları tərəfindən eksponatları dağıdılmış, yandırılmış, talan edilmiş muzeylərimizin aqibətindən bəhs edib. Bildirilib ki, Qarabağ maddi mədəniyyət nümunələrini özündə əks etdirən muzeylərin təbliğ edilməsi və bu istiqamətdə elmi-tədqiqatlar aparılması muzeyşünasların qarşısında duran ən önəmli vəzifələrdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.