ELM VƏ TƏHSİL


Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Bakı, 19 may, AZƏRTAC

Türkiyənin Ankara şəhərində Hacettepe Universiteti və İKSAD İnstitutu tərəfindən “Anadan olmasının 141-ci ildönümündə Atatürk” adlı II Beynəlxalq Simpozium keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Simpozium 19 May - “Atatürkü Anma, Gənclik və İdman Günü” bayramı münasibətilə təşkil edilib.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov simpoziumda “M.Ə.Rəsulzadə və M.K.Atatürk: türk dünyasında dünyəviliyə baxış” adlı məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, XX əsrin əvvəllərində M.Ə.Rəsulzadə və komandasının mübarizəsi nəticəsində Azərbaycanda dünyəvi, demokratik dövlət - Xalq Cümhuriyyəti qurulsa da, bolşevik Rusiyasının işğalı buna son qoydu. Türkiyədə isə M.K.Atatürk məhv olmaqda olan teokratik Osmanlı imperiyasının yerində demokratik və dünyəvi dövlət - Türkiyə Cümhuriyyətini qura bildi. Məruzəçi qeyd edib ki, Atatürk ölkəni dini cəhalətin, monarxiya bataqlığının içində məhv olmaqdan xilas etdi. XX əsrin sonunda isə SSRİ-nin süqutu nəticəsində Azərbaycan xalqı öz milli azadlığına qovuşa bildi, cümhuriyyət ideyalarına əsaslanan demokratik, dünyəvi dövlət quruculuğu başladı.

Simpozium materiallarının nəşr edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.