ELM VƏ TƏHSİL


Tarix Muzeyinin əməkdaşları “Horizon 2020” elmi layihəsində iştirak edirlər

Bakı, 21 sentyabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (AMEA) Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov və Numizmatika və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “Horizon 2020” layihəsi çərçivəsində “Humanitar elmlərdə elmi mübadilə və akademik mədəniyyət (Avropa və Qaradəniz regionu, XVIII əsrin sonu – XXI əsr)” istiqaməti üzrə iş aparmaq üçün Şota Rustaveli adına Batumi Dövlət Universitetinə (Gürcüstan) ezam olunublar.

Layihənin Azərbaycan üzrə milli koordinatoru Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin müdiri Zaur Həsənovdur.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində tədqiqatçıların əsas məqsədi layihənin mövzusuna müvafiq olaraq material toplamaq və elmi mübadiləni genişləndirməkdir.

Tədqiqatçılar Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru, arxeoloq, professor Merab Xalvaşi və digər təcrübəli alimlərinin iş metodikası ilə tanış olub, elmi müzakirələrdə iştirak ediblər. Onlar, eyni zamanda, Batumi muzeylərinin arxeoloji, numizmatik və foto kolleksiyaları ilə tanış olub, universitet kitabxanasında elmi araşdırmalar aparıb və ədəbiyyat toplayıblar.

Muzey əməkdaşları MATM-ın nəşrlərini gürcüstanlı həmkarlara hədiyyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.