ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşları onlayn beynəlxalq konqresdə məruzə ediblər
Bakı, 14 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Türkiyənin Aydın şəhərində onlayn keçirilmiş XIV Beynəlxalq türk sənəti, tarixi və folkloru konqresində iştirak ediblər.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə dosent Həbibə Əliyevanın “Şirvan memarlıq məktəbinin yadigarı – Tuba Şahi məscidi”, dosent Tural Şiriyevin “Azərbaycanda orta əsrlərdə təziyə mərasimlərində məqtəl əsərlərin rolu”, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “XIX əsrin sonu – XX əsrin əvvəllərində Qafqaz mətbuatında türk (Azərbaycan) və erməni mədəni əlaqələri haqqında”, Fatma Qəniyevanın “Müasir dövrdə müsafirpərvərlik fenomeninin etnoloji və mədəni aspektləri”, Nurəngiz Qarayevanın “Filmlərdə unudulmuş xalq oyunları” adlı məruzələri dinlənilib.
Beynəlxalq konqresin məruzələri nəşr ediləcək.