ELM VƏ TƏHSİL
Tarix fənni üzrə MİQ imtahanı vermək istəyənlər vebinara dəvət olunur
Bakı, 21 iyun, AZƏRTAC
Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar iyunun 24-də tarix fənnindən müəllimlərin işə qəbulu (MİQ) imtahanında istifadə edilən sual tiplərinin izahına həsr olunacaq. Vebinarda spiker qismində AMEA Tarix İnstitutunun doktorantı, Bakı şəhəri 161 saylı orta məktəbin tarix müəllimi Sərvər Rüstəmov çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd MİQ imtahanında istifadə edilən sual formaları, testlərin həllində diqqət ediləcək məqamların izah olunmasıdır.
Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.