ELM VƏ TƏHSİL


Tarix fənni üzrə “Qələbə dərsləri”

Bakı, 14 yanvar, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən “Qələbə dərsləri” silsiləsindən mövzuların təqdimatı davam edir. Budəfəki mövzular tarix fənnindəndir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tarix fənnindən V-VIII, IX-XI siniflər üzrə uyğun materiallar artıq tərtib edilib və müəllimlərin istifadəsi üçün Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) rəsmi səhifəsində yerləşdirilib. Digər fənlər üzrə də mövzular hazır olduqca həmin səhifədə paylaşılacaq.

Müəllimlərdən bu materiallardan distant dərslərdə fəal istifadə etmək, öz qeydlərini və şagirdlərinin reaksiyaları barədə məlumatı TİPİM-ə bildirmək xahiş olunur.

Qeyd edək ki, Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri “Qələbə dərsləri” adlı könüllü layihəyə qoşulublar. Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir. Layihə çərçivəsində hər fənnin məzmununa üzvi şəkildə inikas olunmuş mövzular müvafiq siniflər üzrə distant dərs zamanı istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.