ELM VƏ TƏHSİL


Tarix fənni üzrə müəllim olmaq istəyən namizədlər test imtahanı verib

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 2-də müəllimlərin işə qəbulu üzrə növbəti test imtahanı keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imtahanların 19-cu günündə tarix fənni üzrə müəllim olmaq istəyən namizədlər iştirak ediblər.

İmtahanlara 3 min 236 namizəd dəvət olunub. Tarix fənni üzrə imtahanda ən yüksək balı -60 Aytən Cəyiyeva toplayıb.

2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinə iyulun 5-də start verilib. Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.