REGİONLAR


Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar VİDEO

Ağstafa, 8 dekabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən “Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, qoruğun yaradılmasının 15 illiyinə həsr olunmuş konfrans Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsinin ziyarət edilməsi, onun həyat və yaradıcılığından bəhs edən muzeylə tanışlıqla başlanıb. Daha sonra qonaqlar qoruğa məxsus çap məhsullarından guşə, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış artefaktlardan ibarət sərgi və fraqment halda aşkarlanmış küplərin bərpası prosesi ilə tanış olublar.

Konfransda tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliği ilə bağlı məruzələr dinlənilib. Həmçinin “Keşikçidağ” qoruğunda 15 il ərzində görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb.

Tədbirin elmi hissəsi yekunlaşdıqdan sonra konfrans iştirakçıları Damcılı mağara düşərgəsinə ekskursiya edərək, orada yaponiyalı və azərbaycanlı arxeoloqların birgə apardıqları qazıntı ərazisi və aşkar edilmiş eksponatlardan ibarət sərgi ilə tanış olublar. Konfrans iştirakçıları daha sonra “Hərəyə bir ağac əkək” kampaniyasına qoşulublar. Onlar Damcılı filialında yerləşən abidələrlə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.