MƏDƏNİYYƏT


Tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan hamamın yaxınlığında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub

Bakı, 4 oktyabr, AZƏRTAC

Nəsimi rayonu Salatın Əsgərova küçəsi 86 ünvanında yerləşən tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan hamamın yerləşdiyi ərazinin yaxınlığında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq instansiyasının və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə iştirakı ilə qanunsuz tikinti işlərinin qarşısı alınıb, qeyri-qanuni tikili sökülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.