CƏMİYYƏT
“Tarix yazan qəhrəmanlar” kitabı beynəlxalq kitab sərgisində nümayiş olunacaq
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 5-dən 9-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 8-ci beynəlxalq kitab sərgisi keçiriləcək.
AZƏRTAC Müdafiə Sənayesi Nazirliyinin (MSN) saytına istinadla xəbər verir ki, sərgi çərçivəsində oktyabrın 7-si “Şərq-Qərb” nəşriyyatı ilə Müdafiə Sənayesi Nazirliyinin birgə ərsəyə gətirdiyi MSN-in Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan əməkdaşlarının və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıqları əbədiləşdirmək məqsədilə hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı təşkil olunacaq.
Qeyd edək ki, təqdimat Bakı Ekspo Mərkəzinin “Natəvan” təqdimat zonasında olacaq.