ELM VƏ TƏHSİL


Tarixçi alimin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçiriləcəkdir

Bakı, 14 fevral (AZƏRTAC). Fevralın 15-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin, o cümlədən onun bir parçası olan Naxçıvanın orta əsr tarixinin ilk tədqiqatçılarından biri - tanınmış tarixçi Rauf Məmmədovun (1932-1988) anadan olmasının 80 illiyinə həsr edilmiş elmi seminar keçiriləcəkdir.

Muzeydən AZƏRTAC-a bildirmişlər ki, AMEA sistemində, Azərbaycan Tarixi Muzeyində (indiki Milli Azərbaycan Tarixi Muzeyi) Tarix İnstitutunda müxtəlif vəzifələrdə çalışmış, ölkəmizin müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarda iştirak etmiş R.Məmmədov dərin biliyi, işgüzarlığı və vətənpərvərliyi ilə respublikanın elmi ictimaiyyəti arasında böyük hörmət qazanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.