MƏDƏNİYYƏT


“Tarixi Abidələrin Bərpası” məktəbi - Mak’TAB dinləyicilərinə öz qapılarını açır

Bakı, 5 oktyabr, AZƏRTAC

Tarixi-memarlıq abidələrinin qorunması, bərpası, onların tarixi görünüşünün qorunub saxlanılması dövlətimizin önəm verdiyi prioritet istiqamətlərdəndir. Bu gün ölkəmizdə abidələrin tədqiqi, mühafizəsi, bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

AZƏRTAC xəbər verir ki, “Tarixi Abidələrin Bərpası” məktəbi - Mak’TAB “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə səyi və təşəbbüsü ilə görülən çoxsaylı işlərə öz dəstəyini göstərmək üçün tətbiq olunub. Məqsəd Azərbaycanda bərpaçıları həmin təlimə cəlb edərək onlara tarixi abidələrin bərpası istiqamətində əlavə biliklər qazandırmaqdır.

Dinləyicilərə tarixi abidələrin bərpası istiqamətində təcrübəli mütəxəssislər tərəfindən gələcəkdə ölkədə aparılan çoxsaylı quruculuq işlərinə öz töhfələrini verə biləcək nəzəri və praktik təlimlər keçiriləcək.

Müraciətlər oktyabrın 5-dən 17-dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.