Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən ərsəyə gətirilən kitabda tarixi və geosiyasi vəziyyətə, Cənubi Qafqazın erməniləşdirilməsi və ermənilərin tarixi torpaqlarımızda maddi-mədəni irsi işğal siyasətinə, 1988-1989-cu il deportasiyasına yer verilib.

Təqdimat mərasimində çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Vətən müharibəsində Qələbə təkcə gələcəyimizə deyil, həm də keçmişimizə, çox minillik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər yaradır. “Erməni düşməni və işğal” terminlərini tarixə qovuşduran, bununla da yeni siyasi və milli kimlik qazanan xalqımız indi İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları inşa edir, çoxəsrlik qan yaddaşını qaytarır və mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin “İrəvana qayıdacağıq, lakin dinc yolla” çağırışı hər hansı sülh razılaşmalarını gerçəkləşdirmək üçün taktiki təzyiq planından çox, uzağa gedən strateji dövlət kursudur. Ona görə də ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi institusional bir əsəri Azərbaycan ictimaiyyətinə təqdim edir. Kitab yalnız dövlət rəsmiləri və diplomatik-siyasi heyət üçün deyil, daha çox xalqımıza onun taleyi ilə eyni aqibəti yaşayan, yüz illərlə dağıdılmaya məruz qalsa da yazılı mənbələrdə, bir-birini əvəzləyən nəsillərin yaddaşında diri və canlı qalan maddi-mədəni irs nümunələrini bir araya gətirməklə ümumxalq ensiklopediyası yaratmağa çalışır. Mühüm milli və mənəvi ideyalara söykənən tədqiqatın nəticəsi olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi, milli tariximizin “hard-diski” şəklində yenidən bərpa edir.

Məlumat verilib ki, kitabda 244 abidənin tarixi hərtərəfli araşdırılır və düzgün elmi təsnifata uyğun onların reyestri verilir. Əsərdə 49 pir, ocaq və ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar ilk dəfə aşkarlanaraq mövcud siyahıya əlavə edilib. Yüzlərlə xarici və mötəbər ədəbiyyat sənədlərinə, etibarlı, nüfuzlu mərkəzlər tərəfindən qəbul olunan müəlliflərə istinad olunub.

“Prezidentin “Böyük Qayıdış planı” bütün torpaqlarda maddi-mədəni irsimizi təzədən yaratmağı, bizi Kürəkçay, Gülüstan, Türkmənçay və Qars müqavilələrindən əvvəlki torpaqlara qaytarmağı hədəf alır. Bu, əlbəttə, silahlı və hərbi işğalları deyil, məhz silahsız müharibələri, sülh savaşlarını nəzərdə tutur. Şübhə yoxdur ki, bu mübarizə fərqli ordunun-elmi, intellektual və ideya komandolarının, siyasi xüsusi təyinatlıların yaradılmasını tələb edir. Deməli, Böyük Qayıdış təkcə Qarabağa deyil, bütün tarixi torpaqlara gedən yolun başlanğıcıdır. Planın Birinci və İkinci mərhələsi babalarımızın, əcdadlarımızın mirası olan yerlərə dönüşü təmin etməklə bir milləti bütövlüyünə və əsli-kökünə qovuşduracaq”, - deyə Zahid Oruc qeyd edib.

Qonşu ölkələrdəki arxiv sənədlərimizin araşdırılmasına başlanıldığını deyən mədəniyyət naziri Anar Kərimov Mədəniyyət Nazirliyi olaraq hazırda bu məsələnin üzərində iş getdiyini bildirib. Nazir qeyd edib ki, bu layihə çərçivəsində qonşu dövlətlərdəki olan arxiv sənədlərinin araşdırılması, əzəli torpaqlarımız olan İrəvanda və Zəngəzurda Azərbaycana aid tarix-mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliği nəzərdə tutulub.

A.Kərimov bərpa-quruculuq işlərinin digər tarixi torpaqlarımızda davam etdiriləcəyinə inamını ifadə edərək deyib: “Artıq zaman dəyişib. Ermənistan Respublikasının 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib. İndi həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər tarixi-mədəni abidələrimiz də bərpa olunaraq əvvəlki simasına qaytarılır. Əminik ki, bu işlər Prezident İlham Əliyevin söylədiyi kimi, bizim tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda da baş verəcək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli tariximizin indiki mərhələsində əzəli torpaqlarımızda - Ermənistan Respublikasının indiki ərazisində ermənilər tərəfindən dağıdılmış, mənimsənilmiş Azərbaycan abidələrinə, tarixi-mədəni irsimizə həsr olunmuş bu tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi irsimizin qorunmasına və təbliğinə daim xüsusi diqqət yetirdiklərini vurğulayan Əli Hüseynli bildirib: “Uzun illər ərzində həm postsovet məkanında, həm də dünyada Azərbaycan-Ermənistan konfliktinin Qarabağ münaqişəsi kimi çatdırılmasına cəhd olunub. Əslində isə hadisələrin başlanmasının əsas səbəbi Moskvada Ulu Öndərin ədalətsiz şəkildə hakimiyyətdən kənarlaşdırılması və bundan sonra azərbaycanlıların Ermənistandan deportasiya olunmasıdır. Təəssüf ki, o dövrdəki səriştəsiz şəxslər bunun qarşısının alınması istiqamətində addım atmadılar. Hətta bu hadisələri işıqlandırmağa belə cəhd etmədilər. Buna görə də azərbaycanlıların deportasiyası mövzusu qapalı qaldı. Bundan istifadə edən ermənilər sonra isə Qarabağ mövzusunu önə çəkə bildilər”.

Bu kitabın mühüm məsələləri əks etdirdiyini, Azərbaycanın qədim torpaqlarının Ermənistan tərəfindən mənimsənilməsinin qarşısının alınması istiqamətində uğurlu nəticələr verə biləcəyini deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəşrin xarici dillərdə də tərcümə ediləcəyini vurğulayıb.

“Biz 44 günlük Vətən müharibəsində qalib gəlmişik. Ermənilər tarixi-dini abidələrimizi saxtalaşdırıblar. Nəinki, İslam dininə aid, hətta Qafqaz Albaniyasına aid abidələri də məhv edib, mənimsəyiblər. Biz həmin tarixi-dini abidələrin varisiyik. Bu gün ermənilər Qafqazda olan abidələrin onların olması barədə saxta yazılar nəşr etdirirlər. Tarixi sənədlərə nəzər salsaq görərik ki, orada erməni adlarına rast gəlinmir. Amma, ermənilər Azərbaycana məxsus ərazilərin adlarını dəyişiblər. Bu da erməni saxtakarlığın bariz nümunəsidir. Tarixi adların geri qaytarılması çox vacib əhəmiyyətə malikdir”, - deyə M.Qurbanlı əlavə edib.

Türkmənçay və Ədirnə müqavilələrindən sonra Azərbaycan torpaqlarına yüz minlərlə ermənilərin köçürülməsi prosesi başlandığını deyən Milli Məclisin deputatı, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli əlavə edib ki, 1988-1989-cu illərdəki deportasiya siyasəti SSRİ dağıldıqdan sonra, indiki Ermənistanda daha qəddar şəkildə, vəhşicəsinə davam etdirilib. Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silinib və erməniləşdirilib. Bu, Ermənistanda vandalizmin, yerli xalq olan azərbaycanlıların irsinə vəhşi münasibətin göstəricilərindən biri olsa da, mədəni dünya bu vəhşiliyə daim göz yumub. 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (172 sırf azərbaycanlı və 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40 min 928 ailə - 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb.

Digər çıxış edənlər Cənubi Qafqazın erməniləşdirilməsi siyasətindən, XIX əsrin əvvəllərində Rusiya, Türkiyə və İran dövlətləri arasında bağlanan Kürəkçay, Gülüstan, Ədirnə və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçünün başlanmasından danışıblar. Bildiriblər ki, bölgənin erməniləşdirilməsi siyasətinin əsas tutulması ilə buna paralel şəkildə tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına başlanılıb. Tarixdə ilk erməni dövlətinin 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində yaradılmasından, Ermənistan adlanan dövlətin tarixi Azərbaycan ərazilərində qurulması haqqında məlumatlar verilib. Qeyd olunub ki, XX əsrin əvvəllərində Rusiyanın mərkəzi əyalətlərindən rusların, İran və Türkiyədən isə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bölgədə əhalinin etnik tərkibi dəyişdirilib və ermənilərin bölgəyə gəlməsi ilə tarixi torpaqlar iğtişaş və münaqişə mərkəzinə çevrilib. İyirminci əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranıb. Azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar dağıdılıb.

Tədbirin sonunda iştirakçılar tərəfindən əsrlər boyu azərbaycanlıların yaşadığı indiki Ermənistan Respublikasındakı ərazilərdə erməni dövlətinin həyata keçirdiyi maddi-mədəni abidələrin məhv edilməsi və erməniləşdirilməsi ilə bağlı UNESCO-nun Baş direktoru Odri Azuleyə müraciət olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb