ELM VƏ TƏHSİL


Tarixi Muzeyində Mixail Lermontovu əks etdirən eksponatlar qorunur

Bakı, 17 oktyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində rus poeziyasının zirvələrindən biri olan Mixail Lermontovu əks etdirən eksponatlar qorunur.

Muzeydən AZƏRTAC-a bildirilib ki, eksponatlar arasında Neqativ fondunda saxlanılan, şairin portretinin fotoneqativi xüsusi yer tutur. Portret 1914-cü ildə Sankt-Peterburqda nəşr olunan “Hərbi ensiklopediya”nın XIV cildində yer alıb.

Həmçinin muzeyin Sənədli mənbələr fondunda şairin büst və heykəlini, evini əks etdirən açıqcalar saxlanılır.

Qeyd edək ki, M.Lermontovun yaradıcılığında Qafqaz və Azərbaycan mövzusu əhəmiyyətli yer tutub. Onun sayəsində rusdilli oxucular məşhur dastanımız “Aşıq Qərib”lə yaxından tanış olublar. Rus ədibini Qafqazla bağlayan və Azərbaycan oxucusuna sevdirən onun Şərq mövzusunu və Qafqaz xalqlarının həyatını, adət-ənənələrini əsərlərində əks etdirməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.