ELM VƏ TƏHSİL
Tarixi Muzeyinin əməkdaşları beynəlxalq onlayn konfransda məruzə ediblər
Bakı, 16 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova və Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev Özbəkistan İncəsənət Akademiyası və Kəmaləddin Behzad adına Milli İncəsənət və Dizayn İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Müasir cəmiyyətdə elm və rəssamlıq təhsili: aktual problemlər və yenilikçi tədqiqatlar” adlı beynəlxalq onlayn konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, S.Nəsirovanın muzeyin təkəlduz və süzəni tikmə kolleksiyasından bəhs edən “Azərbaycanda və Mərkəzi Asiyada məşhur olmuş iki oxşar tikmə növü haqqında” və F.Ağayevin “1941-ci ildə mühasirəyə alınan Leninqradda Nizami və Nəvainin ildönümləri” adlı məruzə ilə çıxış ediblər.
Məruzəçilərə sertifikatlar təqdim edilib.