CƏMİYYƏT


Tarixi Zəfər münasibətilə Azərbaycan paytaxtında atəşfəşanlıq olub

Bakı, 10 dekabr, AZƏRTAC

Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə dekabrın 10-u axşamı Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş atəşfəşanlıq paytaxt səmasını, Xəzərin sularını al-əlvan rənglərlə işıqlandırıb.

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri möhtəşəm paradda Azərbaycan hərbçilərinin və Türk əsgərlərinin keçidi olub. Həmçinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.