SİYASƏT


Tarixi "Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

İstanbul, 15 yanvar, AZƏRTAC

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, işıqlandırma Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

İstanbulun möhtəşəm mənzərəsinə gözəllik qatan şanlı bayrağımızın rəngləri izləyənlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, dövlətimiz və iki ölkənin qardaşlığına dair əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq İstanbulun müxtəlif rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.