MƏDƏNİYYƏT


Tarixi abidələrin bərpa və konservasiyası sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüşüb.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azad Cəfərli Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. İki qardaş ölkə arasında mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.

Fatih Yılmaz səmimi qəbula görə təşəkkür edərək, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı TİKA-nın bundan sonra da ölkəmizlə birgə layihələrinin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı TİKA tərəfindən Azərbaycanda mədəni irsin bərpası sahəsində müxtəlif təlim və layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında mədəni irs sahəsində əlaqələrin gələcək inkişafı, təcrübə mübadiləsi, mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpa və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.