MƏDƏNİYYƏT


“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində silsilə tədbirləri davam edir. Bu tədbirlər mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı sentyabrın 20-də Əzim Əzimzadənin xatirə muzeyində “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib. Muzeyin təşkilati dəstəyi ilə baş tutmuş seminar “Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusuna həsr olunub.

Tədbirdən əvvəl seminar iştirakçıları üçün muzeydə ekskursiya təşkil olunub. Seminarı muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Əzimzadə açaraq Əzim Əzimzadənin həyat və yaradıcılığından, muzeyin fəaliyyətindən və əldə edilən nailiyyətlərdən danışıb.

Mərkəzin elmi katibi Cavid Əliyev seminarda qarşıya qoyulan məqsədlərdən bəhs edib.

Tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru Paşa Quluzadənin “Tarixi bilgilərin mədəniyyətin inkişafına təsiri”, mərkəzin əməkdaşları Nurəddin Babazadənin “Tarixin mədəniyyətə təsiri” və Ceyhun Əhmədovun “Hibrid düşünmə sənəti” mövzularında məruzələri dinlənilib.

Sonda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev muzey rəhbərliyinə və seminar iştirakçılarına təşəkkürünü bildirib. Layihənin əhəmiyyətini vurğulayan A.Usubəliyev qeyd edib ki, “Mədəniyyət naminə elm” silsiləsinin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltməkdir. O, bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini nəzərə çatdırıb.

Tədbir sual-cavab formatında davam etdirilib. İştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildirib, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.