Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tarixi keçmişimizə dərin hörmət, gələcəyə sarsılmaz inam, gündən-günə güclənən ordu və qurub-yaratmaq əzmi

Muxtar respublikada iyun ayının ümumi mənzərəsini məhz belə ifadə etmək olar

Naxçıvan, 2 iyul, AZƏRTAC

Tarixdə elə xüsusi dövrlər, şaxələnmə nöqtələri var ki, onlar sonradan ölkənin, millətin siyasi, mədəni inkişaf istiqamətlərini müəyyən edir. Həmin məsələlərə diqqətlə yanaşmadıqda və eyni zamanda tarix elmimiz bu və ya digər arxiv sənədlərindən, mənbələrdən məhrum edildikdə başqa ölkələrin tarixçilərinin şərhlərindən istifadəyə üstünlük verilir. Bu isə zəifliyi daim fürsət kimi dəyərləndirən tarixi düşmənlərimizin yetişməkdə olan gənc nəslə təsir imkanlarını artırır, son nəticədə, milli dövlətçiliyimizin ideoloji dayaqları təhlükə qarşısında qalır. Muxtar respublikamızda bu məsələlərə xüsusi diqqət yetirilməsinin əsasında da məhz qeyd etdiyimiz amillər dayanır. Bu ilin iyun ayı bu baxımdan xüsusilə əlamətdar hadisələrlə yadda qalıb.

İyunun 1-də Naxçıvan tarixi ilə bağlı ölkə arxivlərində aşkar olunan yeni sənədlər Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinə təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın ərazisi min illərin tarixini özündə saxlayan yaşayış məskənləri, tarixi abidələrlə zəngindir. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin dərin qatlarından xəbər verir. Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi qorunur, onların bərpası diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa edilən və muzeyi yaradılan “Əlincəqala” tarixi abidəsinin iyunun 17-də açılışı olub.

“Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir”, – deyən Ali Məclisin Sədri bildirib ki, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması da xüsusi məna daşıyır. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin muzeydə nümayiş olunması qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradacaqdır.

Burada bir məqama toxunmaq istərdim. Muxtar respublikamızın tanınmış elm xadimlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi həmin tədbirdən əvvəl Əlincəqala dağının ətrafını kəmər kimi saran duman diqqətimi cəlb etdi. Sanki dağ səmavi bir qoşunla əhatələnmiş, yüz illərdir sorağında olan bir hadisəyə şahidlik etməyə hazırlaşmışdı. Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırıldığı bir məqamda isə duman buludunun səf-səf düzülmüş orduların möhtəşəm keçidini xatırladan bir mübhəmliklə yaxınlıqdan keçməsi də diqqətimdən yayınmadı. Bu zaman yağış yağdı. Bir anda bu damcıların minbir çətinliklərə sinə gərərək Əlincəqalanı düşməndən qoruyan qəhrəmanlarımızın, igidlərin mənəvi aləmdən gələn sevinc göz yaşları olduğunu düşündüm. Çünki onlar məhz Vətənimizin azadlığı, müstəqilliyi uğrunda döyüşmüş, şəhidlik mərtəbəsinə yüksəlmişlər.

Bu gün həmin cəngavərlərin də arzuları həyata keçirilib – qüdrətli Azərbaycan Respublikası yaradılıb. Bəlkə də, ona görə müstəqilliyimizin, azadlığımızın, Vətənimizə hakimliyimizin simvolu olan üçrəngli bayrağımızın Əlincəqalada yüksəldilməsi bu günün həsrətini çəkən igid ərənlərin ruhuna rahatlıq bəxş edib, onları sevindirib. Əlincəqalada bayrağımızın qaldırıldığı bir vaxtda bunun təzahürünü həm də səmadan səpələnən yağış damcıları ilə hiss etmiş oluruq.

Əlincəqalanın “yağış hadisəsi” ilə bağlı digər bir məqamı da xatırlatmaq yerinə düşərdi. Belə ki, Teymur orduları ilə qanlı döyüşlərin getdiyi bir vaxtda susuzluqdan əziyyət çəkən qala müdafiəçiləri məcburiyyət qarşısında qalaraq təslimiyyət razılaşması imzalamaq istəyiblər. Döyüşçülərdən bir qrupunun bu razılaşmanı imzalamağa yollandığı bir vaxtda yağış yağmağa başlayır və onlar geriyə, qalaya qayıdaraq müdafiəni davam etdirirlər. Çünki həmin yağışla qala müdafiəçilərinin suya olan tələbatı da tam ödənmiş olur. Bu hadisə Əlincəqala cəngavərlərinin iradəsini daha da gücləndirir, azadlıq uğrunda mübarizəyə şərait yaradır. Bu mənada, Əlincəqala üçün həm də azadlıq və mübarizə rəmzinə çevrilən yağışın Azərbaycan Respublikasının bayrağının qalada yüksəldilməsi zamanı yağması bugünkü nəslə bir mesajdır...

Bəli, qəhrəmanlıq, yurd sevgisi kimi ali dəyərləri yaşadan Əlincəqala Vətənə, dövlətçiliyə sədaqət, ana yurda sahiblik hissi aşılayır. Şair, yazıçı və dramaturqlarımız bu qalanı vəsf edən onlarla əsər yazıb, qala müdafiəçilərinin qəhrəmanlıq yolundan bəhs edən tamaşalar hazırlanıb. İyunun 24-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

Naxçıvan Muxtar Respublikasında təbii qüvvələrin təsirindən dağıntılara və aşınmalara məruz qalmış tarixi abidələrdən 60-dan çoxu bərpa və təmir olunaraq xalqa qaytarılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il oktyabrın 7-də imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı bu möhtəşəm abidənin də bərpası və tədqiqi üçün geniş imkanlar yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iyunun 30-da bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: “Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilmiş, abidənin orijinallığı qorunub saxlanmışdır. Beləliklə, Gülüstan türbəsinə ikinci həyat verilmişdir...”

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin bugünkü inkişafı iki ölkə arasında daim güclənən strateji tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsində xüsusi rol oynayır. Bu gün muxtar respublikalar arasında əlaqələr müasir dövrün çağırışlarına uyğun olaraq sürətlə inkişaf edir. Bu əlaqələrin möhkəmlənməsində məhz qədim yurdumuzun göstərdiyi təşəbbüslər həlledici rol oynayıb. 2012-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Gürcüstanın Acarıstan Muxtar Respublikasına 3 günlük səfəri ikitərəfli əlaqələrin inkişafının başlanğıcı olub. Bu il iyunun 11-də Acarıstan Muxtar Respublikasının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlməsi münasibətlərin inkişafına yeni dinamika qazandırıb. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin iştirakı ilə nümayəndə heyətləri arasında görüş olub.

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Naxçıvan Biznes Mərkəzində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Duzdağ Fizioterapiya Mərkəzində olublar. Naxçıvanın istehsal, mədəniyyət, səhiyyə, ali təhsil müəssisələri, tarixi abidələri ilə tanışlıq qonaqlarda xoş təəssüratlar yaradıb.

Bu gün sosial-iqtisadi inkişafı ilə diqqətləri cəlb edən Naxçıvan Muxtar Respublikasının xarici əlaqələri durmadan genişlənir. İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavın muxtar respublikamıza səfərinin nəticələri də belə deməyə əsas verir. İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub. Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək deyib ki, Azərbaycan-İsrail əlaqələri uğurla inkişaf etdirilir. Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanıb.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində muxtar respublikada insanların rahat yaşayışına xidmət edən müasir infrastrukturun yaradılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Aparılan kompleks quruculuq işləri Naxçıvan şəhərinin simasını tamamilə dəyişib. Görülən işlərin davamı olaraq iyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni yaşayış binasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış tədbirində iştirak edib.

Ölkəmizin, o cümlədən muxtar respublikamızın yüksəlişinin təməli məhz 15 iyunda qoyulub. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkəmizin üzərini bürümüş qara buludlar dağılıb, zülmət qaranlıqlar öz yerini işıqlı sabahlara verib. Məhz buna görə də həmin gün Milli Qurtuluş Günü adlandırılıb. Hər il bu gün muxtar respublikamızda təntənəli tədbirlərlə qeyd olunur. İyunun 15-də Naxçıvan şəhərində Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin və Ərzurum Mehtərən Tağımının birgə yürüş-konserti olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Nəbatat bağında bitkilərin biomüxtəlifliyinin öyrənilməsi və toxum genofondunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür, geniş elmi-tədqiqat işləri aparılır. İyunun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Nəbatat bağına gəlib, burada görülən işlərlə maraqlanıb.

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib. Qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur.

İyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun döyüş atışlı taktiki təlimində də muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olduğu bir daha öz təsdiqini tapıb.

Hər bir ölkə üçün ordu quruculuğu prosesində milli hərbi kadrların hazırlanması mühüm əhəmiyyətə malik sahə kimi daim prioritet təşkil edir. Ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli, yüksək mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin timsalında bunu daha aydın görmək mümkündür. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə Heydər Əliyev adına Hərbi Lisey qısa zamanda böyük inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris şəhərciyi yaradılıb, kursantların təhsili, sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülüb.

İyunun 24-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2016-cı il buraxılışı münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tədbirdə iştirak edib.

Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələri mənzillərlə təmin olunurlar. İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində 9 zabit ailəsinə yeni xidməti mənzillər təqdim olunub, hərbi şəhərcikdə yeni park istifadəyə verilib.

Ötən illərdə olduğu kimi, bu il də muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması istiqamətində tədbirlər davam etdirilib, “Əshabi-Kəhf” ziyarətgahında təmir-bərpa işləri aparılıb.

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gəlib, burada görülən işlərlə maraqlanıb. Ali Məclisin Sədri abidəyə mütəmadi diqqətin davam etdirilməsinin vacibliyini bildirib, ərazinin təmiz saxlanılması və yaşıllıqların artırılması barədə tapşırıqlar verib.

Qədim dövlətçilik tarixinə malik olan Naxçıvanda hər zaman milli dəyərlərimiz yaşadılıb, inkişaf etdirilib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki xalqımızın formalaşmasında əsas rol oynayan milli-mənəvi dəyərlərimiz insanların dünyagörüşünə və onların əxlaqına, mənəvi dünyasının zənginləşməsinə, Vətənə, torpağa, xalqa bağlılıq hisslərinin daha da güclənməsinə müsbət təsir göstərir.

İyunun 22-də Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılıb.

Muxtar respublikamızda hər il taxıl əkini sahələri genişləndirilir, aqrotexniki tədbirlər həyata keçirilir, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Cari ilin məhsulu üçün 26 min 795 hektar sahədə buğda, 4 min 784 hektar sahədə isə arpa əkilib. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir.

İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.

Ali Məclisin Sədri muxtar respublikamızda taxılın vaxtında və itkisiz toplanılması, eləcə də yerli iqlimə uyğunlaşdırılmış məhsuldar toxumların tədarükü barədə tapşırıqlar verib.

Muxtar respublikada sənəd qəbulu və qəbul imtahanlarının keçirilməsindəki çətinliklər aradan qaldırılıb, imtahanların keçirilməsi üçün təcrübə və baza formalaşıb. İyunun 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin inzibati binasının yenidənqurmadan sonra istifadəyə verilməsi fəaliyyətin bundan sonra daha səmərəli təşkilinə imkan verəcəkdir.

Doğma diyarımızda həyata keçirilən meliorativ tədbirlər sırasında sahilbərkitmə işləri xüsusi yer tutur. Çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illər geniş vüsət alıb. İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Araz çayında aparılan sahilbərkitmə işləri ilə maraqlanıb.

Göründüyü kimi, Naxçıvanda əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Ötən ayın nəticələrinə diqqət yetirdikdə bir daha əminlik yaranır ki, muxtar respublikamızda əldə olunmuş inkişaf göstəriciləri bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün əsaslar yaradır.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub