ELM VƏ TƏHSİL


“Tarixi qələbə” respublika rəsm müsabiqəsi noyabrın 6-dək davam edəcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsi keçirilir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin məqsədlərindən biri uşaq və gənclərə vətənpərvərlik hisslərini aşılamaq, istedadlı uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.

Noyabrın 6-dək davam edəcək müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir. Avqustun 20-dən oktyabrın 20-dək davam edəcək birinci mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına ([email protected]) göndərməlidir. İkinci mərhələdə - oktyabrın 21-dən noyabrın 6-dək olan müddətdə isə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək.

Rəsmlər A3 və ya A4 formatda işlənməlidir, işlənmə texnikası sərbəstdir, rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.

Müsabiqə ilə bağlı yaranan suallar (+994) 55-994-57-86, (+994) 12-372-72-63 nömrələri vasitəsilə cavablandırılacaq.

Qaliblər və fəal iştirakçılar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.