REGİONLAR


Tarixi qələbəmiz, həm də Azərbaycan diplomatiyasının uğurudur

Ağsu, 16 noyabr, AZƏRTAC

Uzun illərdən bəri davam edən erməni işğalına, nəhayət ki, son qoyuldu. Düşmən əzəli torpaqlarımızdan qovuldu, haqq-ədalət öz yerini tapdı. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən şanlı döyüşlərin demək olar ki, hər gün gətirdiyi sevincli xəbər Azərbaycan tarixinin unudulmaz, şərəfli günləri kimi yaşandı.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əlmirzə Məmmədov söyləyib.

O deyib: “Əlbəttə, 30 ildən bəri Ermənistan ordusunun qurduğu, onların təsəvvür etdiyi “keçilməz” səddi qısa bir zamanda yarmaq, bir-birinin ardınca şəhərlərimizin, qəsəbə və kəndlərimizin, strateji yüksəkliklərimizin, nəhayət tarixi Şuşa şəhərimizin azad edilməsi heç də asan olmayıb. Bu Şanlı Qələbə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurulan və regionun ən güclü, yüksək texniki təminatlı ordularından olan Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti nəticəsində qazanılıb”.

Rayon ziyalısı Fransanın, Kanadanın, eləcə də dünyanın bir sıra böyük dövlətlərinin himayə etdiyi Ermənistanın bu məğlubiyyətini həm də Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.