CƏMİYYƏT


Tarixi zərurətdən yaranan YAP çətin, eyni zamanda, şərəfli yol keçib

Bakı, 20 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunan daha bir tədbir YAP Pirallahı rayon təşkilatı tərəfindən təşkil edilib.

Pirallahı qəsəbəsində keçirilən tədbirdə rayon təşkilatının sədri Manaf Manafov partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını, bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini deyib. O, YAP-ın keçdiyi kəşməkəşli yola nəzər salaraq bildirib ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilib. Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin müxtəlif təbəqələrini təmsil edən intellektual, yaradıcı, zəhmətkeş insanlarını birləşdirdiyini vurğulayıb. O deyib ki, Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə, onun siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür. Yarandığı vaxtdan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq, milli həmrəylik və demokratiya prinsiplərinin bərqərar edilməsini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi-demokratik dövlətin yaranmasını, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd qoyub.

Tədbirdə YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, deputat Rauf Əliyev və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının 23 ildə keçdiyi şərəfli yoldan, ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi özünü təsdiq etməsindən, bu illər ərzində Azərbaycanın dövlətçilik sahəsindəki qələbələrinin hamısının partiyanın fəaliyyəti sayəsində, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin zəhməti, əzmi, qətiyyəti nəticəsində əldə edilməsindən danışıblar.

Daha sonra YAP sıralarına üzv olmuş bir qrup gəncə vəsiqələr və eyni zamanda, Pirallahı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.