MƏDƏNİYYƏT


Tariximiz milli dəyərimizdir

Bakı, 16 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon Gənclər İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz milli dəyərimizdir” mövzusunda tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin “Muzey” bölməsi ilə tanış olduqdan sonra ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək əziz xatirəsini yad ediblər.

Sonra Dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə mərkəzin əməkdaşı Azər Zeynalzadə açaraq qeyd edib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan Vətən oğulları tariximizə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Sonda şəhidlərin xatirəsinə həsr olunmuş “Tariximiz milli dəyərimizdir” adlı film təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.