MƏDƏNİYYƏT
“Tarixin acısı - qan yaddaşımız” filmi nümayiş etdiriləcək
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 18-də 20 nömrəli məktəb-liseydə ölkəmizin müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, qəhrəmanlıq salnaməmizin təbliği məqsədilə tədbir keçiriləcək.
20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə təşkil olunacaq tədbir Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə gerçəkləşəcək. Bu barədə AZƏRTAC-a Kino Xidməti İdarəsinin rəhbəri Gültəkin Nəriman məlumat verib.
Tədbirdə Kino Xidməti İdarəsinin hazırladığı, ssenari müəllifi və rejissoru Gültəkin Nəriman olan “Tarixin acısı - qan yaddaşımız” adlı sənədli film nümayiş etdiriləcək. Həmçinin şəhidlərimizə həsr olunmuş mahnılar tanınmış incəsənət ustaları tərəfindən səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]