QAN YADDAŞI


Tarixin ibrət dərsləri

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycanlıların Soyqrımı Gününə həsr olunan “Tarixin ibrət dərsləri” mövzusunda tədbir keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ATMU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsini hadisə, faciə deyil, bir millətə qarşı soyqırımı olduğunu deyib. Rektor qeyd edib ki, 1918-ci il martın 31-də baş verən qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən mənfurluğun, vandalizmin, faciənin növbəti nümunəsi kimi yaddaşımıza həkk olunub. Qırğınların davam etdiyi müddətdə saysız-hesabsız insan, o cümlədən təkcə Bakı və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına öldürülüb. Mart qırğınları zamanı ermənilər hətta qədim binaları, ziyarətgahları, Azərbaycan və dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha genişmiqyaslı olub.

C.Cəfərov qeyd edib ki, xalqımızın başına gətirilən soyqırımı hadisələri barədə həqiqətlər yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində üzə çıxarılıb, bu dəhşətli faciələrə hüquqi-siyasi qiymət verilib.

ATMU-nun ictimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı mart qırğınlarında ermənilər tərəfindən Şamaxının 75 kəndinin yerlə-yeksan edildiyini söyləyib. Şamaxı və qonşu kəndlərdə törədilən soyqırımına dair yeddi cild, 925 səhifədən ibarət araşdırma- arxiv materialları təkcə bu bölgə üzrə qətliamların miqyasının göstəricisidir. Şamaxıya hələ martın ortalarında iki min erməni əsgəri və silah-sursat yüklü 60 maşının göndərilməsi əvvəlcədən qırğına hazırlıq aparıldığına sübutdur. Aradan uzun illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmur, əksinə, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.