MƏDƏNİYYƏT


“Tarixin yaddaşı silinmir” adlı onlayn seminar təşkil edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Tarixin yaddaşı silinmir” adlı onlayn seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, seminarda mərkəzdə illər ərzində bərpa edilmiş müharibə illərini əks etdirən nadir muzey əşyalarının bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətlərini göstərən təqdimat olub. Təqdimatda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, cəbhədən göndərdiyi məktubu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanova məxsus geyim nümunəsi, Xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, Xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş bir sıra işləri eləcə də, həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, xalq rəssamlarımızın, ədiblərimizin, bəstəkarlarımızın ağır müharibə illərinə baxmayaraq fəaliyyətlərini davam etdirmələrini əks etdirən faktlar əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.