ELM VƏ TƏHSİL


Tariyel Eybatov: Pirşağı sahillərində 10-a yaxın suiti cəsədinin aşkarlanması payız miqrasiyası ilə bağlıdır

Bakı, 11 oktyabr, AZƏRTAC

Xəzər dənizinin Pirşağı sahillərində 10-a yaxın ölmüş suiti aşkarlanması payız miqrasiyası ilə bağlıdır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Təbiət Tarixi Muzeyinin baş direktoru biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov məlumat verib.

Baş direktorun sözlərinə görə, suitilərin Xəzər dənizinin Azərbaycanda olma müddətləri mart-aprel aylarına təsadüf edir. Digər aylarda onlar şimal sahillərinə miqrasiya edirlər.

“50 il ərzində suitilərin sahilə atılma dinamikasını tədqiq etmişik. Əvvəlki illərdə payız miqrasiyası zamanı sahilə atılan suiti cəsədlərinin sayı 2-3 min təşkil edirdi. Son zamanlar isə bu sayda xeyli azalma müşahidə olunur. Əraziyə baxış keçirildikdən və cəsədlər üzərində tədqiqatlar aparıldıqdan sonra kütləvi suiti ölümünün səbəbləri barədə daha dəqiq fikir söyləmək mümkündür”, - deyə T.Eybatov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.