DÜNYA


Taro Kono Rusiya ilə sülh müqaviləsi barədə danışıqları sürətləndirməyə çağırıb

Tokio, 11 may, AZƏRTAC

Yaponiyanın xarici işlər naziri Taro Kono Rusiya ilə sülh müqaviləsi barədə danışıqları sürətləndirməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə o, Moskva səfərindən qayıtdıqdan dərhal sonra Hokkaydo adasında yerləşən Sapporo şəhərində çıxışı zamanı bəyan edib. Rusiya səfərinə toxunan nazir bildirib ki, tərəflər arasında müzakirələr kifayət qədər qızğın keçib.

Xatırladaq ki, T.Kono mayın 10-da Moskvada rusiyalı həmkarı S.Lavrovla iki ölkə arasında sülh müqaviləsi məsələsi də daxil olmaqla, müxtəlif mövzularda müzakirələr aparıb. Görüşün yekunlarına həsr edilən mətbuat konfransında hər iki nazir Moskva ilə Tokio arasında fikir ayrılığının hələ də qaldığını bildirsələr də, bu problemin həlli üçün işin davam etdiriləcəyini bildiriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.