DÜNYA


Taro Kono: Yaponiya İran məsələsində ABŞ-ı təkrarlamayacaq

Tokio, 9 aprel, AZƏRTAC

Yaponiyanın xarici işlər naziri Taro Kono bəyan edib ki, Yaponiya ABŞ-ı təkrar edərək, İran silahlı qüvvələrinin elit bölməsini terrorçu qruplaşma adlandırmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə T.Kono aprelin 9-da jurnalistlərə bildirib.

Xatırladaq ki, aprelin 8-də ABŞ Prezidenti Donald Tramp dərc etdiyi bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat adlandırıb.

T.Kono bildirib ki, Yaponiya ABŞ-ın nümunəsindən istifadə etməyəcək, lakin İran regionda sabitliyə nail olmaq üçün raketlərin sınağını dayandırmalıdır. Nazir əlavə edib ki, Yaponiya İran ilə sıx əlaqələrə malikdir. “Yaponiya bu ölkənin rəhbərliyinə istənilən məsələ ilə bağlı mövqeyini çatdıra bilər və problemlərin həlli üçün danışıqlar yolu ilə əməkdaşlığı davam etdirməyə hazırdır”, - deyə T.Kono əlavə edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.