ELM VƏ TƏHSİL


Tartu Rəsədxanası əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparılacaq

Bakı, 19 may, AZƏRTAC

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Günay Hacıyeva Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı – “Horizon 2020” meqaqrantı çərçivəsində Estoniya Respublikasının Tartu Rəsədxanasında elmi ezamiyyətdədir.

Bu barədə AZƏRTAC-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, ezamiyyət müddətində eşelle spektrlərin müasir üsullarla işlənilməsi üsullarının mənimsənilməsi, Tartu Rəsədxanasının 1.5 metrlik teleskopunda spektral müşahidələrin aparılması, ifratnəhəng ulduzların tədqiqinin müasir üsulları ilə tanış olmaq nəzərdə tutulur. Tartu Rəsədxanası əməkdaşları ilə gələcəkdə birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.